Blackout of 2003

2003-cü il elektrik kəsintisi – Şimali Amerika tarixində ən böyük elektrik kəsilməsi 14 avqust 2003-cü ildə ABŞ-ın şimal-şərq və Böyük Göl ərazilərində, Kanadanın Ontario əyalətində baş vermişdi. 2003-cü il elektrik kəsintisi baş ofisi Ohayo ştatının Akron şəhərində olan FirstEnergy korporasiyasının işlətdiyi qurğularda başlamışdı.
Black Hats
Blended attack
OBASTAN VİKİ
2003
16 noyabr — İlham Əliyevin Azərbaycan prezidenti seçilməsi. 27 yanvar - Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin başçısı İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti və Büro üzvü seçilməsi. 30 yanvar - Bakıda Azərbaycan və Ukrayna arasında hərbi əməkdaşlıq sazişinin imzalanması. mart - ABŞ-nin İraqa hərbi müdaxiləsinin başlanması. 9 mart Bakıda yeni yəhudi sinoqoqunun açılması. 15 mart - Azərbaycanda Mətbuat Şurasının yaradılması. 8 aprel - Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin çəkilişinə başlanılması. 4 oktyabr Azərbaycan müəllimlərinin XII qurultayının keçirilməsi. 31 oktyabr — Malayziya baş naziri Mahathir Məhəmməd rəsmən istefa verərək 22 illik öz müddətini başa çatdırır. Naxçıvan MR-in Ordubad rayonu ərazisində akademik Həsən Əliyev adına Ordubad Milli Parkının yaradılması Qaradağ (Bakı şəhəri), Salyan, Neftçala rayonları ərazisində Şirvan Milli Parkının (Şirvan Dövlət Qoruğu əsasında, 1969) yaradılması.
Modern Combat 5: Blackout
Modern Combat 5: Blackout - 3D-shooter janrında olan mobil oyun. Gameloft tərəfindən 24 iyul 2014-cü ildə yaradılıb və yayılıb. Məşhur Modern combat seriyasının davamıdı.
Avroviziya 2003
2003 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 2003; fr. Concours Eurovision de la chanson 2003) — sayca 48-ci Avroviziya Mahnı Müsabiqəsidir. Marie N-in ifa etdiyi "I Wanna" adlı mahnı ilə 2002 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2003-cü ildə Latviya ilk dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Latviyanın paytaxtı Riqa şəhərində Skonto Hall arenasında keçirilmişdir. Müsabiqə 2003-cü ilin 24 may tarixində baş tutmuşdur. Latviyaya Avroviziya 2002-də qalibiyyət gətirən Marie N müsabiqəyə aparıcılıq etmişdir. 2003-cü ildə Avroviziyada son beş ildə ən aşağı nəticələr göstərmiş beş ölkə Danimarka, Finlandiya, İsveçrə, Litva və Makedoniya müsabiqədən kənarlaşdırılmışdır. Müsabiqədən kənarlaşdırılan ölkələri isə İrlandiya, İslandiya, Niderland, Norveç, Polşa və Portuqaliya əvəz etmişdir. Bu ölkələrin hər biri bir illik fasilədən sonra müsabiqəyə geri qaytarılmışdır.
NGC 2003
NGC 2003, Yeni Baş Kataloqda qeydə alınmış açıq ulduz topasıdır. Göy üzündə Qılıncbalığı bürcü istiqamətində yerləşir. OCL tipli qalaktikadır. İngilis astronomu Con Herşel tərəfindən 47.5 sm (18.7 düymə) ölçülü reflektor vasitəsilə 1834-cü ildə kəşf edilmişdir.
Of (Trabzon)
Of (türk. Of) — Trabzon ilinin ilçəsi.
Battles of Prince of Persia
Battles of Prince of Persia - Ubisoft oyun şirkəti tərəfindən 2005-ci ildə yaradılan macəra oyunudur. Bu seriya Prince of Persia: The Sands of Time və Prince of Persia: Warrior Within seriyaları arasında baş verən hadisələri ehtiva edir.
Doqvill (film, 2003)
Doqvill (ing. Dogville) — 2003-cü ildə çəkilmiş rejissor Lars fon Trierin filmi. Film 2003-cü ildə "Ən yaxşı xarici filmlərə verilən Qızıl Qartal" mükafatına layiq görülmüşdür. Dekorasiyası olmayan film tamamilə fanataziya məhsuludur. Fanatziyanın, rejissor fantaziyasının pik nöqtələrindən biridir. Film Amerika fürsətlər ölkəsi trilogiyasının ilk filmidir. Çox ağır həzm olunan film, həm də, çətin psixoloji gedişlərlə boldur. Filmdəki dekorasiyalar çox fərqlidir və məhz bu dekorasiyalar tamaşaçıları çaşdırır. Filmin uğur qazanmasında Nikol Kidmanın da əziyyəti var. Doqvill kino tənqidçiləri tərəfindən bir mənalı qarşılanmasa da gözəl film olduğunu zaman keçdikcə hamı etiraf edir...
Doğma Diyar (2003)
Dəvətnamə (film, 2003)
Beş toya dəvətnamə alan və maaşa baxan bank işçisi Cəfər (Fərhad İsrafilov) çıxılmaz vəziyyətdə qalır. Yeganə səbəb isə yenə puldur. Nəhayət baş verən zəlzələ Cəfəri bu toylardan xilas edir. Filmdə toy və yaslardakı lazımsız adət-ənənələrimiz tənqid edilir. Həmçinin filmə baxarkən "Ayağını yorğanına görə uzat" atalar sözü yada düşür. Filmdə rejissor və prodüser Ramiz Həsənoğlu aktyor kimi də çıxış edib. Amma titrlərdə Jorj Mirzəyev kimi göstərilib. Filmdə telejurnalist Qulu Məhərrəmli də aktyor kimi yer alıb. Amma titrlədə Qulu Zəngilanlı olaraq göstərilib.
E.ə. 2003
Su tayfaları qonşu ərazidə olan Elam dövləti ilə birlikdə Şumerlərin III Ur sülaləsini devirdilər. Su ölkəsi müstəqil oldu.
Halk (film, 2003)
Halk Marvel Comics-in hirsindən yaşıl canavara çevrilə bilən bir alim haqqında eyni adlı komiksləri əsasında qurulan rejissor Enq Linin fantastik ekşn filmi. Filmin şüarı "Qəzəbi sərbəst burax" dır. Premyerası 17 iyun 2003-cü ildə baş tutmuşdur.
Koroğlu (film, 2003)
Filmin beşinci hissəsi "Təkə türkmən qolu" adlanır. Film "Koroğlu dastanı" əsasında çəkilmişdir. Filmdə sənədli kadrlardan, aşıq deyimlərindən istifadə olunmuşdur.
Lal (film, 2003)
Lal — Cəlil Məmmədquluzadənin eyniadlı hekayəsi əsasında çəkilmiş film. İki oğlan uşağı küçədə hönkürtü ilə ağlayırlar. Lakin heç kəs onların göz yaşının səbəbini aydınlaşdıra bilmir. Sonda lal-kar bir səfil (İdris Rüstəmov) həmin uşaqları görür və öz çörək payını onlara verir. Uşaqlar ağlamağı kəsərək çörəyi yeməyə başlayırlar.
Manqurt (film, 2003)
Film-tamaşa başına qoyun dərisi keçirilən və tədricən manqurtlaşan oğlanın keçirdiyi iztirablardan söhbət açır. Film-tamaşa qırğız yazıçısı Çingiz Aytmatovun "Gün var əsrə bərabər" romanından bir parça əsasında ekranlaşdırılmışdır.
Maxi Sandal 2003
Maxi Sandal 2003 – Mustafa Sandal-ın 2003-cü ildə çıxardığı albomdur. "Maxi Sandal 2003" albomu Türkiyəyə məxsus "Erol Köse Production" leyblı tərəfindən istehsal edilmişdir. Alboma daxil olan "Aşka Yürek Gerek" mahnısının bir neçə versiyası mövcuddur.
Medalyon (film, 2003)
Medalyon (ing. The Medallion) — film 2003-cü ildə Qardon Çanın rejissorluğu ilə çəkilmişdir. Filmin baş rollarını Ceki Çan, Li Zvans və Kler Forlani ifa edir. Honq Konq polisi Eddi Yunq tamamilə ümidsiz bir vəziyyətdə sağ qalmağı bacarır. Sirli bir sehrli medalyon onun həyatını xilas edir. Bu antik zinət əşyaları Eddi-yə inanılmaz, fövqəladə bir güc verir, yenilməz bir döyüşçüyə çevririr. Gənc, partnyoru Nikol ilə birlikdə medalyonun sirrini açmağa, eyni zamanda, qədim hərbi nizam üzvlərini inkar etməyə, güclü bir iz buraxılışına sahib olmağa çalışır.
Məhəllə (film, 2003)
Məhəllə — 2003-cü ildə Ramiz Fətəliyev tərəfindən çəkilmiş komediya filmi. Film kiçik bir məhəllə və bu məhəllənin sakinlərinin başına gələn məzəli əhvalatlardan danışır. Hadisələrin axışı Tofiqin (Coşqun Rəhimov) əsgərlikdən qayıtması ilə başlayır. Anası (Kübra Əliyeva) nəhayət bircə oğlunu evləndirmək istəyir. Tofiqin gələcək qaynatası "professor"dur (Aftandil İsrafilov). Amma bu professor o professorlardan deyil... Film unudulmaz bəstəkar Süleyman Ələsgərov və həyat yoldaşı Ağgül xanımın 80 illik yubileylərinə ithaf olunur. Film aktrisa Nəsibə Zeynalovanın kinoda son işidir. Aşağıda yerləşdirilən audio faylların içində dahi Nəsibə xanımın səsi də vardır. Filmin çəkilişlərinə Ə. Qarayev küçəsi 6 №-li evin sakinləri köməklik göstərmişdir.
Neft (film, 2003)
1) 2003-cü ildə Venesiya Kinsofestivalı Ən yaxşı qısametrajlı filmə görə film "Gümüş Şir" Mükafatını almışdır.
Oldboy (film, 2003)
Oldboy (kor. 올드보이) — 2003-cü ildə rejissor və ssenarist Pak Çan Uk tərəfindən çəkilmiş "intiqam trilogiyası"nın ikinci hissəsi olan döyüş filmi. Üçlüyün ilk filmi İntiqam mənimdir (film, 2002), sonuncusu İntiqam xanım (film, 2005). Filmin əsərləri Yapon adları Qaron Tsutii və Nobuaki Minaqişi tərəfindən eyni adlı manqaya əsaslanırdı. Premyer nümayiş 21 noyabr 2003-cü ildə Cənubi Koreyada, Rusiyada isə — 18 noyabr 2004-cü ildə keçirilmişdir. 3 milyard dollar büdcəsi ilə dünya üzrə ödənişlər 14,980,005 dollar təşkil edir. 1988-ci ildə Oh Dae su adlı bir iş adamı, qızının dördüncü doğum gününü itirmədən sərxoş olduğu üçün tutuldu. Yoldaşı Joo-hwan onu polis bölməsindən götürdükdən sonra Dae-su üçün evə zəng etmək üçün telefon kabinə gedəcəklər. Joo-hwan Dae-su'nun həyat yoldaşı ilə söhbət edərkən, Dae-su qaçırılan və qidaya qapının içərisində qida ilə çatdırılan möhürlənmiş otel otağında oyanır. Televiziya izləyən Dae-su, arvadının öldürüldüyünü və baş şübhəlinin olduğunu öyrənir.
Oseam (film, 2003)
Oseam (Hangul: 오세암) — 2003-cü ildə Sung Baek-Yeop tərəfindən idarə olunan Cənubi Koreya dram, dini animasiyadır. O, böyüklər üçün nağıl kimi təsvir edən koreyalı yazıçı Jeong Chae-bong-un romanına əsaslanır. Oseam "Beş illik məbəd" deməkdir. Oseam Gami (감이) və onun kiçik qardaşı Gilson (길손) adlı iki yetim uşağı izləyir. Gami mehriban kor qızdır, Gilson isə hiperaktivdir və tez-tez pis davranışlar edən balaca uşaqdır. İkisi Mahayana Buddist məbədinə sığınır, ev işlərinə kömək edir, eyni zamanda Gaminin görmə qabiliyyətini itirməsinin öhdəsindən gəlirlər, çünki bir neçə il əvvəl yanğında anasını və evinlərini itirirlər. Bunu anlamaq üçün çox balaca olan Gilson hələ də bir gün analarını tapacağına inanır, çünki Gami ona heç vaxt yanğında anasının öldüyünü söyləməmişdir. Gilson bir rahib kimi dağlarda meditasiya etməyə və bacısının korluğuna çarə tapmaq üçün bir müddət oraya gedir, lakin sonda Gaminin görmə qabiliyyətinə görə öz həyatını qurban verir. Film çox yavaş templi, tez-tez öz yanaşması ilə olduqca canlıdır, baxmayaraq ki, flashback anları və qısa gərgin səhnələr var. Personajlara, xüsusən də yetimlərə çox diqqət yetirilir.
Oyun (film, 2003)
Filmdə gecəyə düşən iki tacirin bir evdə qonaq qalmaq istərkən başlarına gələn əhvalatlardan bəhs edilir. Film Cəlil Məmmədquluzadənin "Kişmiş oyunu" hekayəsi əsasında çəkilmişdir.
Qayıdış (film, 2003)
Qayıdış (Возвращение, Vozvrashcheniye), Andrey Zvyaginsevin rejissorluğu ilə çəkilən 2003-cü il istehsalı rus filmidir. Filmin premyerası 16 oktyabr 2003-cü ildə, dünya miqyasında premyerası isə 31 oktyabr 2003-cü ildə baş tutdu. Film iki uşağın, atalarının 12 ildən sonra qəfil evə qayıtmasının hekayəsidir. Evə qayıdan ata heç bir izahat vermədən uşaqları səyahətə çıxarır və onları bir göldəki uzaq bir adaya aparır. İki qardaş bu səfərdə atalarını tanıdıqları halda, onları qəbul edib rədd etmək arasında mübarizə aparırlar. Mistik ifadə tərzinə sahib film Venesiya Film Festivalında Qızıl Şir mükafatına layiq görülmüşdür. Müasir Rusiyada İvan və onun böyük qardaşı Andrey atalarının yoxluğunu hiss etməmək üçün bir-birlərinə bağlanmışlar. Anaları və nənələri ilə yaşayan iki qardaş, atalarının 12 ildən sonra evə qayıtdıqlarını, bir gün anaları ilə evdə vuruşduqlarını görəndə şoka düşürlər. Analarının icazəsi ilə, çox da sakit olmayan İvan və Andrey ataları ilə birlikdə sadə bir balıq ovu tətili hesab etdikləri səyahətə çıxırlar. Andrey atası ilə yenidən görüşməkdən məmnundur, İvan isə özünü yalnız fotolardan tanıdığı adam üçün saxlayır.
Qiyamət (film, 2003)
Qiyamət (Rom: Qayamat, digər adı: "Qiyamət: Şəhər təhlükə altında") — 2003-cü ildə Harri Baveja tərəfindən çəkilmiş hind trilleridir. Film Hollivud istehsalı olan Qaya filminin remeykidir. Baş rollarda Acay Devqan və Sunil Şetti oynamışdır. Film Hindistanda bir sıra mükafatlar əldə etmiş və eyni zamanda da, hərəkətlər, xüsusi effektlər və kinematoqrafiya üzrə mükafatlara namizəd olmuşdur. Mumbayda milyonlarla insan bioloji silah hücumundan sonra əzab içində ölümlə üz-üzə qalırlar. Təhlükəli raketlərin istehsalında istifadə edilən virus, pakistanlı generalın sifarişi ilə iki qanqster qardaş olan Əli və Abbas Ramani və onların müştərək sevgilisi Leyla tərəfindən Hindistan laboratoriyasından oğurlanmışdır. 200 nəfəri girov götürdükdən sonra şəhərlə üzbəüz yerləşən bir adadakı həbsxananı tuturlar. Onlar Hindistan hökumətindən Kəşmirin müstəqilliyini, yüz milyonlarla rupi və onların qaçması üçün vertolyot tələb edirlər. Komando əməliyyatına cavabdeh olan kəşfiyyat zabiti Əkrəm Şeyx (Sunil Shetty), bir vaxtlar həbsxanadan qaçmağı bacaran və buna görə də həbsdən azad edilən yeganə cinayətkar olan Raçitaya (Ajay Devqan) indi terrorçular tərəfindən işğal olunmuş adadakı həbsxanaya girməyə kömək etməsi üçün müraciət edir.
Windows Server 2003
Windows Server 2003 (hazırlama zamanı kod adı: Whistler Server; daxili variantı: Windows NT 5.2) — Microsoft şirkətinin Windows NT ailəsinə daxil olan əməliyyat sistemi. Serverlərdə işləmək üçün nəzərdə tutulub. 24 aprel 2003-cü ildə satışa çıxarılıb.
Zatoiçi (film, 2003)
Zatoiçi (座頭市, Zatōichi) — Takeşi Kitano rejissoru və ssenari müəllifi olan, Yoşinori Ota ilə redaktə etdiyi və baş rolu oynadığı cidaygeki döyüş filmi. Kitano açıqlayıb ki, bu filmi onnan bunu xahiş edən insanlar üçün yaratdığına görə, təmiz əyləncəli film çəkib, onları razı salmaq üçün, öz texnikanın əvəzinə, ənənəvi film çəkmə texnikaları iştədib. Venesiya Film Festivalı. Gümüş Şir (2003, sentyanrın 6-sı). Leone Del Pubblico. Tamaşaçılar Mükafatı (2003).